Veyseloglu Group of Companies "Mətbuatla əlaqələr və Sosial media üzrə mütəxəssis" vakansiyası elan edir. 

 

Namizədə dair tələblər:

- Jurnalistika, İctimaiyyətlə əlaqələr (PR), Marketinq və ya Filologiya  sahəsində      ali təhsil.

- PR və ya SMM sahəsində minimum  1-2  il iş təcrübəsi.

- Azərbaycan dilində mükəmməl yazı və nitq qabiliyyəti (Rus və  İngilis dili bilikləri arzuolunandır).

- Güclü təqdimat bacarığı və stresə davamlılıq.

- Yüksək səviyyədə korporativ yazışma və təqdimat bacarığı

 

Vəzifə Öhdəlikləri:

 - Şirkətin fəaliyyəti, yenilikləri və mühüm xəbərləri ilə bağlı press-relizlərin tərəfdaş media qurumları ilə paylaşılmasını təmin etmək;

- Media qurumları və jurnalistlərlə əməkdaşlıq çərçivəsində bütün görüşlərin təşkilini həyata keçirmək;

- Rəqəmsal reklam kampaniyalarının planlaşdırılması və reklam büdcəsinin idarə olunması;

- Bizneslərin marketinq və PR komandaları ilə daxili və xarici kommunikasiyanın idarə olunması;

- Şirkətin rəsmi sosial media hesablarının (Facebook, Instagram, LinkedIn, YouTube) idarə edilməsi və inkişaf etdirilməsi;

- Korporativ veb-saytın admin panelinin idarə edilməsi və məlumatların mütəmadi yenilənməsi.

- Tədbirlər, rəsmi görüşlər və xüsusi günlər üçün foto/video çəkilişlərin texniki tapşırıqlarını (brief) hazırlamaq;

- Media tərəfdaşları ilə müqavilə proseslərini idarə etmək, ödəniş şərtlərinə uyğun aylıq ödəniş planlarını hazırlamaq;

- Tərəfdaşlardan təhvil-təslim aktlarının alınması və sənədlərin (hesab-faktura və s.) vaxtında maliyyə şöbəsinə təqdim edilməsi;

 

İş şərtləri:

-  İş məkanı: Azure Plaza

-  Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə

-  İş rejimi: 5 gün (həftəiçi)

-  Nahar: Təmin edilir

-  Servis xidməti mövcuddur

 

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Mətbuatla əlaqələr və Sosial media üzrə mütəxəssis” yazmaqla, öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.