Vakansiya: Middle Front-end Developer
Komandamıza real product layihələrində işləyə bilən, müasir frontend alətlərindən praktik istifadə edən və istifadəçi interfeyslərini keyfiyyətli şəkildə hazırlayan Middle Frontend Developer axtarırıq.
Vəzifə öhdəlikləri:
React, Next.js və TypeScript ilə yeni səhifə, modul və reusable komponentlərin hazırlanması.
Figma dizaynlarının responsive və cross-browser interfeyslərə çevrilməsi.
REST API inteqrasiyası və məlumat axınının idarə olunması.
Formların hazırlanması və validasiya qaydalarının tətbiqi.
Bug fix, refactor və performans optimizasiyalarının icrası.
State və server state idarəetməsinin təmin edilməsi.
Code review, komanda standartlarına uyğun inkişaf və texniki sənədləşmə.
Backend, UI/UX və Product komandaları ilə əməkdaşlıq.
Əsas tələblər:
· Frontend development üzrə minimum 3 il iş təcrübəsi və production layihələrdə iştirak.
· JavaScript (ES6+) üzrə yaxşı biliklər.
· TypeScript ilə tip təhlükəsiz kod yazmaq bacarığı.
· React və müasir frontend inkişaf prinsipləri üzrə təcrübə.
· Next.js (App Router və ya Pages Router) ilə işləmə təcrübəsi.
· HTML5, CSS3, responsive dizayn və əsas accessibility bilikləri.
· Tailwind CSS ilə UI inkişaf etdirmək bacarığı.
· Redux Toolkit, Zustand və ya Context API ilə state management təcrübəsi.
· REST API inteqrasiyası və TanStack Query və ya oxşar alətlərlə server state idarəetməsi.
· React Hook Form, Zod və ya oxşar həllərlə form və validasiya təcrübəsi.
· Git və komanda əsaslı versiya idarəetmə prosesləri üzrə biliklər.
· Clean Code və reusable komponent yanaşmalarına uyğun inkişaf təcrübəsi.
· Frontend performans optimizasiyası üzrə baza biliklər.
· Texniki sənədləri oxuyub anlamaq səviyyəsində ingilis dili biliyi.
· Güclü kommunikasiya və komanda ilə əməkdaşlıq bacarıqları.
Üstünlük sayılır:
· Authentication flow-lar: JWT, refresh token, protected route və role-based access məntiqi ilə tanışlıq.
· CI/CD, Docker və deployment prosesləri haqqında ümumi anlayış.
· GraphQL, WebSocket və ya real-time data flow ilə ilkin təcrübə.
· Node.js ekosistemi üzrə təməl biliklər, npm / yarn / pnpm paket menecerləri, həmçinin Express.js və Nest.js kimi backend framework-ləri ilə ümumi tanışlıq.
· Dövlət, enterprise, fintech, e-imza və ya yüksək istifadəçi trafiki olan sistemlərdə iştirak təcrübəsi.
AF City Biznes Mərkəzi, Rəşid Behbudov küçəsi 59, 16-cı mərtəbə