Mikro kreditlər üzrə təcrübəçi

Bakı / Gəncə / Qəbələ / Sumqayıt

 

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

Ali təhsil (maliyyə, iqtisadiyyat və ya digər uyğun ixtisaslar üzrə son kurs tələbələri və ya yeni məzunlar üstünlükdür);

Bank və ya maliyyə sahəsinə maraq;

Azərbaycan dilində sərbəst danışıq bacarığı (rus dili biliyi arzu olunandır);

MS Office proqramlarında (xüsusilə Excel) işləmək bacarığı;

Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;

Məsuliyyətlilik, dəqiqlik və öyrənməyə həvəs.

 

İŞİN TƏSVİRİ:

Mikro və Aqro kredit müraciətləri üzrə sənədlərin toplanması və ilkin yoxlanılmasında dəstək göstərilməsi;

Kredit sənədlərinin hazırlanması və Kredit Komitəsinə təqdim olunması prosesində iştirak;

Potensial müştərilərlə ilkin əlaqələrin qurulmasında dəstək;

Müqavilələrin hazırlanması və hesabların açılması prosesində assistent kimi iştirak;

Kredit portfelinin monitorinqində və hesabatların hazırlanmasında dəstək;

Bankdaxili prosedurlara uyğun olaraq gündəlik əməliyyat proseslərində iştirak.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Mikro kreditlər üzrə təcrübəçi” qeyd edərək [email protected]  elektron ünvanına göndərməyini xahiş edirik.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.