"SDG Youth Community" tərəfindən həyata keçirilən “Mikro-Layihə Təşəbbüsləri” layihəsinə qoşulmaq üçün fürsəti qaçırma!
İdeyan var, amma haradan başlayacağını bilmirsən?
O zaman bu imkan sənin üçündür!
Proqram çərçivəsində 15 gənc seçiləcək və onlar əvvəlcə layihələrin yazılması və idarə edilməsi mövzusunda təlimlərdə iştirak edəcəklər.
Daha sonra iştirakçılar öz mikro-layihələrini icra etmək üçün inzibati və texniki dəstək qazanacaqlar.
Nəzəri və praktiki modullardan ibarət olan layihənin müddəti 6 aydır.
Proqramın sonunda iştirakçılara sertifikat təqdim olunacaq.
Son qeydiyyat tarixi: 15 sentyabr 2025, saat 18:00
Müraciət et
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.