Karyera yolunda növbəti addımını atmağa hazırsan?
“Milli İnsan Kapitalı: Gənclərin Karyera İnkişafı Proqramı” layihəsinə qeydiyyat başlayır!
Layihənin əsas məqsədi 18–29 yaş arası iş axtaran gənclərin əmək bazarında rəqabət qabiliyyətini artırmaq, onların peşəkar inkişafına dəstək olmaq və müasir əmək bazarının tələblərinə uyğun bacarıqlar qazandırmaqdır.
Layihə çərçivəsində 30 gənc üçün 5 günlük intensiv təlim proqramı təşkil olunacaq.
Təlim müddətində iştirakçılar aşağıdakı istiqamətlər üzrə bilik və bacarıqlarını inkişaf etdirəcəklər:
-Karyera Planlaması
-Effektiv Kommunikasiya və Şəbəkələşmə
-Zamanın İdarə Edilməsi və Şəxsi Effektivlik
-İş Müsahibələrinə Hazırlıq və Simulyasiya
- CV və LinkedIn
Karyerana investisiya et, potensialını kəşf et və əmək bazarında öz yerini tutmaq üçün ilk addımını at!
Link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz!
Qeyd:
1️ İştirak ödənişsizdir.
2️ Seçilən gənclərin hər biri ilə əlaqə saxlanılacaqdır.
3️ İştirak hüququ limitlidir.
4️ Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi çərçivəsində həyata keçirilir. Layihə rəhbəri Neymət Rəcəbovdur.