Milli Müdafiə Universiteti “Ehtiyat zabit hazırlığı kursu”na qəbul elan edir
Milli Müdafiə Universiteti cari ilin 5-20 dekabr tarixlərində “Ehtiyat zabit hazırlığı kursu”na sənəd qəbulu elan edir. “Ehtiyat zabit hazırlığı kursu”na ali təhsilli, müddətli həqiqi hərbi xidmət keçmiş Azərbaycan Respublikasının 35 yaşınadək kişi cinsli vətəndaşları müraciət edə bilərlər.
Kursa qəbul olmaq üçün müraciət etmiş namizədlər hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir və Hərbi Həkim Komissiyasının qərarına əsasən zabitlərin həqiqi hərbi xidmətinə yararlı hesab edilmiş şəxslər müsabiqə mərhələsinə buraxılırlar.
Namizədlər müsabiqə mərhələsində fərdi-psixoloji və fiziki hazırlığı, ümumi bilik səviyyəsi və ixtisas uyğunluğu nəzərə alınmaqla kursa qəbul edilirlər.
mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindəki “Ehtiyat zabit hazırlığı kursu” hissəsində hərbi uçot ixtisaslarının ali təhsil ixtisaslarına uyğunluğu barədə ətraflı məlumat əldə etmək mümkündür.
Əlaqə məlumatları:
Telefon: (012) 404-18-45
Çağrı mərkəzi: *0811
E-poçt: [email protected]
Ünvan: Bakı şəhəri, Qızıl Şərq 13. AZ1065