Mingəçevir Dövlət Universiteti insan resursları sahəsində təcrübəli və peşəkar namizədlər üçün İnsan resursları üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə öhdəlikləri:

İşçilərin işə qəbulu, vəzifə dəyişiklikləri, mükafatlandırma, intizam tənbehi və işdən azad olunma proseslərini qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirmək;

İşçilərin şəxsi işlərini formalaşdırmaq və yeniləmək;

Məlumat bazasında dəyişiklikləri və yenilikləri qeyd etmək;

Məzuniyyət cədvəlini tərtib və nəzarət etmək;

Məzuniyyət və ezamiyyət sənədlərini hazırlamaq və qeydiyyata almaq;

İş fəaliyyəti üzrə dövri hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək;

Kadrlar üzrə hesabatlar tərtib etmək;

Yeni təyinatlar, qeyri-iş günləri, bayram və ad günləri ilə bağlı e-mail bildirişlər göndərmək;

Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

 

 Tələblər:

Ali təhsil (insan resursları, idarəetmə və ya yaxın sahələr üzrə);

İnsan resursları sahəsində ən azı 2 il iş təcrübəsi (ali təhsil müəssisəsində müvafiq təcrübə üstünlükdür);

AR Əmək Məcəlləsinə dair biliklər və bu sahədə praktiki təcrübə;

Sənədləşdirmə və rəsmi yazışmaları yüksək səviyyədə icra etmək bacarığı;

Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı;

Analitik düşüncə və problem həll etmə bacarığı;

Kompüter proqramlarında (MS Office) əla səviyyədə bilik;

İşgüzar etikaya riayət;

Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı (İngilis və rus dilləri üstünlükdür);

Kreativ, ünsiyyətcil və inkişaf yönümlü olmaq.

 

Müraciət Qaydası:

Tələblərə uyğun namizədlərdən CV-lərini e-mailin mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” yazmaqla [email protected] 

ünvanına göndərmələri xahiş olunur.

Son müraciət tarixi: 10 avqust 2025-ci il

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.