“Happy Smile” Stomatoloji klinikamıza yaradıcı, məsuliyyətli və dinamik Mobiloqraf axtarırıq.
Vəzifə öhdəlikləri:
• Klinikada həyata keçirilən müalicə və prosedurların keyfiyyətli çəkilişlərinin aparılması
• Reels, Stories və digər sosial media formatları üçün kreativ video kontentlərin hazırlanması
• Həkimlərin, pasiyentlərin və klinika fəaliyyətinin çəkilişlərinin təşkili
• Çəkilmiş materialların montajı və sosial media üçün uyğunlaşdırılması
• Aktual sosial media trendlərinin izlənilməsi və klinikanın kontent strategiyasına uyğun tətbiqi
• Kontent çəkilişləri zamanı işıq, kadr və səs keyfiyyətinə diqqət yetirilməsi
Namizədə tələblər:
• Yalnız xanım namizədlərin müraciətlərinə baxılacaq.
• Mobiloqraf və ya kontent yaradıcısı kimi iş təcrübəsi
• Peşəkar foto və video çəkilişi bacarığı
• Reels və qısa video formatlarının hazırlanması üzrə praktiki bacarıq
• Video montaj proqramlarından istifadə bacarığı
• Kreativ düşüncə və estetik baxış
• Məsuliyyətli, operativ və komandada işləmə bacarığı
• Stomatologiya və tibbi kontent sahəsinə maraq üstünlükdür
İş şəraiti:
• Peşəkar və dinamik iş mühiti.
• Yaradıcı ideyaların reallaşdırılması üçün imkan.
• İş günü: 6 gün.
• Əmək haqqı: 400-700 AZN.
Müraciət üçün: CV və portfolio nümunələrinizi [email protected] ünvanına göndərə bilərsiniz.