Monitorinq və Qiymətləndirmə üzrə Mütəxəssis
İş öhdəlikləri:
- İl ərzində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin tərbiyəçi müəllimləri üçün Azərbaycan Dövlət Pedaqoji Universitet və onun 5 region filialında təşkil ediləcək pedaqoji kurs layihəsinin idarə olunması.
- 6 Mərkəzdə (Bakı, Quba, Cəlilabad, Şamaxı, Şəki, Ağcabədi) tədris prosesinin monitorinqi, qiymətləndirilməsi və bununla bağlı rəy hazırlamaq.
- Monitorinqin nəticələrinə uyğun məşğələlərin yaxşılaşdırılması ilə bağlı təkliflərin hazırlanması.
- İl boyu pedaqoji kursların təşkili, regionlarda fəaliyyət göstərən İcma əsaslı məktəbəqədər təhsil mərkəzlərində fəaliyyət göstərən tərbiyəçi-müəllimlərin o kurslara cəlb olunmasını təşkil etmək.
- Kursun sonunda qiymətləndirmə ilə bağlı təkliflərin hazırlanması.
- Mərkəzlərin yerləşdiyi 5 regiona ezamiyyə (Quba, Cəlilabad, Şamaxı, Şəki, Ağcabədi).
- İcma əsaslı məktəbəqədər təhsil mərkəzlərini monitorinq edəcək metodistlə işləmək.
- Aylıq təqdim olunan monitorinq hesabatlara baxış və metodistlə birlikdə nəticələrin təhlili.
- Təhlilə uyğun keyfiyyətin yaxşılaşdırılması ilə bağlı təkliflərin hazırlanması.
- Yuxarıda sadalananlarla bağlı digər fəaliyyətlər.
İş üçün tələblər
- Pedaqoji təhsili və bu sahədə iş təcrübəsi
- Fəaliyyətlərin daimi monitorinq və qiymətləndirilməsi ilə bağlı praktiki bilik və bacarıqları
- Statistik məlumatları təhlil etmək bacarığı
- Excell proqramında işləmək bacarığı
- Məlumatları təhlil etmək, uyğun təqdimat hazırlamaq bacarığı
- Layihə fəaliyyətlərini təşkil etmək və idarə etmək bacarığı
- Mütəxəssislələlə işləmək, təkliflər hazırlamaq və onların icrasını təşkil etmək bacarığı
- Məsuliyyətli, dinamik, problem həll etmə bacarığı
- Gərgin iş rejimində işləmək bacarığı
Müraciət üçün son tarix: 25 iyul, 2021.
Ünvan: Bakı şəhəri, F.X. Xoyski 109, Təhsil Texnologiyalar Mərkəzi,
İşə başlama tarixi: Avqust 2, 2021-ci il.
İşə qəbul: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
İş günü: 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
Əmək haqqı: müsahibə əsnasında təyin olunacaq.
Maraqlı olan şəxslər CV-lərini e-mailin ad (subject) hissəsində “Monitorinq və Qiymətləndirmə üzrə Mütəxəssis” olmaqla [email protected] ünvanına göndərə bilərlər.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.