Azərbaycan Supermarket MMC "MRP üzrə kiçik mütəxəssis" vakansiyasını elan edir.

 

Vəzifə öhdəlikləri:

· ERP sistemində gündəlik əməliyyatların icrasına dəstək vermək.

· İstifadəçilərdən gələn sorğuları analiz edib həllində iştirak etmək.

· Biznes prosesləri anlamaq və sistemdə düzgün tətbiq olunmasına kömək etmək.

· Məlumatların düzgünlüyünü yoxlamaq və analizlər aparma.q

· SQL sorğularından istifadə edərək məlumatların çıxarılması və yoxlanılması.

· ERP sistemi ilə bağlı problemləri araşdırmaq və həll yolları təklif etmək.

· Yeni funksionallıqların testində iştirak etmək.

 

Vəzifə Tələbləri:

· İnformasiya Texnologiyaları, Biznes İdarəçiliyi, Maliyyə və ya əlaqəli sahə üzrə ali təhsil.

· Tələb olunan sahədə 1 il iş təcrübəsi.

· ERP sistemləri haqqında əsas biliklər.

· SQL ilə işləmək üzrə biliklər.

· MS Excel proqramında işləmə bacarığı (formullar, pivot table və s.)

· Analitik düşünmə və problem həll etmə bacarığı.

· Komandada işləmə və effektiv ünsiyyət bacarıqları.

· İngilis dili orta səviyyədə (texniki sənədləri oxuya bilmək) ,Rus dili üstünlükdür.

· Öyrənməyə açıq və məsuliyyətli yanaşma.

 

Vakansiya üzrə müraciətlər [email protected] elektron ünvanına mövzu bölməsində “MRP üzrə kiçik mütəxəssis” qeyd etməklə edə bilərlər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.