Mayın 19-da -“Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyi, “Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun” tərəfdaşlığı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə “WUF13 ilə bağlı təşəbbüslər” istiqaməti üzrə “Müasir şəhərlər və su təsərrüfatı” adlı layihənin 2-ci günü  həyata keçirilmişdir. Tədbir Təlim və İnnovasiya Mərkəzində həyata keçirilmişdir. Azərbaycan Respublikasının dövlət himni ilə başlandı. Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edil edildi. Layihənin rəhbəri Pərvanə Xıdırova yerli və xarici iştirakçıları salamlayaraq,  həmin günün proqramını iştirakçıların diqqətinə çatdırdı. Sonra isə “Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun” sədr müavini Rəşail İsmayılov xarici ekspertlərimizi layihəmizin qonağı olmaqdan məmnunluğunu bildirərək, Azərbaycanda görülən işlərlə bağlı iştirakçıların diqqətinə çatdırdı. Layihə su təsərrüfatı və şəhər infrastrukturu sahəsinə marağı olan, elmi biliklərini inkişaf etdirmək istəyən şəxslər iştirak etmişdir. SAİRS-ın direktoru Şöhrət Məmmədov “Müasir şəhərlərdə insan və təbiət ahəngliyi” mövzusunda maraqlı təqdimatla çıxış etmişdir. İştirakçılar bu mövzu ilə bağlı müzakirələr aparıldı. Təlim və İnnovasiya Mərkəzinin rəhbəri Bahadur Kəngərlinin müşayiəti  ilə müasir texnologiyalarla modelləşdirilmiş və yaşıllaşdırılmış ekopark ərazisinə infotur təşkil edildi. Ərazidə gedən işlərlə bağlı xarici qonaqlarımız və iştirakçılar ətraflı məlumat əldə etdilər. İnfoturdan sonra panel sessiyası başlandı. Beynəlxalq Su İdarəetmə İnstitutunun Özbəkistan üzrə rəhbəri Barbara Janusz-Pawletta və layihələrin idarəedilməsi üzrə rəhbər Alexandr Nikolayenko, Türkiyənin İstanbul texnik Universitetinin professoru Bülent İnanç, Polşanın Mickiewicz Universitetinin professoru Çezary Madry panel sessiyasında iştirak etdilər. Moderator SMETİ-nin Strateji İnkişaf Departamentinin rəhbəri Şəlalə Həsənova Davamlı inkişaf strategiyasında transsərhəd suların idarəedilməsində əməkdaşlıqların rolu, müasir məskunlaşmada içməli suarda və davamlı su idarəetməsində sanitariya dəyişiklikləri, şəhərsalmanın yeni erasında su idarəetməsi: effektivlik, gəlir gətirməyən su sərfiyyatının azaldılması, Polşada su ehtiyatlarının idarə olunmasında insan geoqrafiyasının perpektivi ilə bağlı maraqlı müzakirələr aparıldı. 

İştirakçılar arasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əcnəbi tələbələri iştirak etmişdir. Tədbirin bədiii hissəsində, birliyi tərənnüm edən rəqslərlə yadqalan etdilər.

Sonda, iştirakçılara təşəkkür edilərək, xatirə şəkil çəkdirildi.

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.