“Coffeemania Group" “Müdir müavini” vakansiyası elan edir
Vəzifə öhdəlikləri:
· İşçilərin davamiyyətini yoxlamaq;
· Gün ərzində xidmətin davamlı keyfiyyətini təmin etmək;
· İşçilərin forma, nizam-intizam, davranış və korporativ standartlara riayət etmələrinə nəzarət etmək;
· Yeni əməkdaşların işə adaptasiya prosesində iştirak etmək, Şöbədə ilkin təlimlər keçərək onların vəzifə öhdəliklərinə uyğun işləmələrini təmin etmək;
· İşçilərin vəzifə təlimatlarını düzgün şəkildə yerinə yetirmələrinə nəzarət etmək.
· Qonaqların rahatlığı və keyfiyyətli zaman keçirtməkləri üçün şərait yaradılmasına nəzarət etmək;
· Qonaqların istəklərinin düzgün şəkildə qarşılanıb yerinə yetirilməsini təmin etmək;
· Restoran daxilində hər bir qayda qanuna riayət edilməsini təmin etmək;
· Gündəlik və həftəlik işlərinin icrası ilə bağlı hesabatlar hazırlamaq və Şöbə Rəhbərinə təqdim etmək;
· Əməkdaşların gündəlik iş bölgüsünü təşkil etmək, tapşırıqları müəyyənləşdirmək və onların vaxtında, düzgün və tam icrasına nəzarət etmək;
· Rəhbərliyin tapşırıqlarını icra etmək.
Namizədə dair tələblər:
· Restoran sektorunda 2–3 il Supervisor və ya Müdir müavini təcrübəsi;
· MS Office bilikləri;
· Komanda ilə işləmək və idarəetmə bacarığı;
· Məsuliyyətli, operativ və nizam-intizamlı olmaq;
· Stressə davamlılıq və problem həll etmə bacarığı;
· Azərbaycan dilində sərbəst ünsiyyət (rus dili üstünlükdür).
İş şəraiti:
· İş qrafiki: 6 günlük;
· Nahar Şirkət tərəfindən qarşılanır;
· Əmək haqqı: 1100 AZN;
· İş yeri Azadlıq;
· Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirilmə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “ Müdir müavini” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.