Müəllim-loqopedlərin işə qəbulu üzrə müsahibə elan edilir
Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində inklüziv təhsil siniflərində fəaliyyət göstərəcək müəllim-loqopedlərin işə qəbulu üzrə müsabiqə keçiriləcək.
Müsabiqə iki mərhələdən ibarətdir:
• sənəd qəbulu;
• müsahibə.
Namizədlərə tələblər
Defektoloq ixtisası üzrə ali təhsilə malik olmaq;
Ali pedaqoji təhsilə malik olmaq və loqopediya üzrə ixtisasdəyişmə kursu keçmək.
Namizədin loqopedik xidmətin təşkili və həyata keçirilməsi ilə bağlı müvafiq bilik və bacarıqlara malik olması;
Oxu və yazı pozuntuları olan şagirdlərlə korreksiyaedici işlərin aparılması üzrə səriştəyə malik olmaq;
İnklüziv təhsil siniflərində təhsilalanların fərdi xüsusiyyətlərini və ehtiyaclarını nəzərə almaq;
Şagirdlər üçün fərdi tədris planlarının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
Loqopedik xidmətin təşkili və xüsusi təhsil sahəsində qüvvədə olan normativ-hüquqi tələbləri bilmək;
İnklüziv təhsil şəraitində müəllim, psixoloq, valideyn və digər mütəxəssislərlə əməkdaşlıq etmək bacarığına malik olmaq.
Qeydiyyat üçün son tarix: 07.09.2026-cı il 11:00
Qeydiyyat linki: LİNK
Vakant yerlər: SİYAHI