“Grand Motors Company" şirkəti “Mühasib Təcrübəçi” vakansiyası elan edir.
Əgər mühasibatlıq sahəsində peşəkar biliklərinizi inkişaf etdirmək, bu sahədə uğurlu bir karyera qurmaq istəyirsinizsə, sizin üçün mükəmməl fürsət təklif edirik!
Tələblər:
• Maliyyə, mühasibatlıq və ya bənzər sahələrdə ali təhsil;
• Mühasibatlıq, vergi sahəsində ümumi nəzəri biliklər;
• Microsoft Office (xüsusən Excel) proqramlarında işləmə bacarığı, 1C proqramını üzrə baza biliklər üstünlükdür;
• Sahə ilə bağlı sertifikatların olması üstünlük təşkil edir.
İş şərtləri:
• İş qrafiki: Həftə içi 5 gün
• İş saatları: 08:30-17:30
• İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4 (Baş Dövlət Yol Polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz)
• Servis xidməti və nahar şirkət tərəfindən təmin olunur
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühasib Təcrübəçi” yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.