Vakansiya: Mühasib təcrübəçi
SAFE PROTECTION MMC mühasibat sahəsində karyera qurmaq istəyən namizədlər üçün Mühasib təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
• İlkin mühasibat sənədlərinin hazırlanmasında iştirak
• Hesab-fakturaların işlənməsi və qeydiyyatı
• Mühasibə gündəlik əməliyyatlarda dəstək göstərilməsi
Tələblər:
• Ali təhsil
• Mühasibatlıq kursunu bitirmiş olması
• Vergi qanunvericiliyi üzrə ilkin anlayış
• Mühasibat uçotu üzrə nəzəri biliklər
• 1C və Microsoft Excel proqramları üzrə əsas biliklər
• Diqqətlilik, məsuliyyətlilik və analitik düşünmə qabiliyyəti
• Öyrənməyə açıq və inkişaf yönümlü olmaq
• Xanım namizəd
İş yeri: Bakı, İnqilab
Əmək haqqı: 200 AZN
Maraqlanan namizədlər CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər:
Qeyd: Təcrübə proqramını uğurla başa vuran namizədlərin şirkətdə daimi işlə təmin olunması nəzərdə tutulur.