Mühasib vakansiyası

 

Inomarka avtosalonu olaraq komandamıza maliyyə və mühasibatlıq sahəsində peşəkar və məsuliyyətli Mühasib axtarır. Bu vəzifədə siz şirkətin bütün maliyyə və mühasibatlıq əməliyyatlarını idarə edəcək və rəhbərliyə vaxtında hesabatlar təqdim edəcəksiniz.

 

 Vəzifə öhdəlikləri:

·      Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili;

·      Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması;

·     Qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;

·     Mühasibatlığa aid bütün digər əməliyyatların icrası; 

 

Tələblər:

Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadiyyat sahələri üzrə)

İş təcrübəsi: Minimum 3 il müvafiq sahədə təcrübə

Dil bilikləri: Azərbaycan və Rus dillərini sərbəst bilmək

Kompüter bilikləri: MS Office proqramları (xüsusilə Excel), 1C proqramı üzrə yüksək səviyyədə biliklər

Qanunvericilik bilikləri: Vergi Məcəlləsi və Əmək qanunvericiliyi üzrə biliklər

Elektron portallarla iş: e-taxes, e-gov, e-customs, e-qaimə, depozit hesabları, kargüzarlıq və s. üzrə işləmək bacarığı

PMS sertifikatı arzuolunandır

Detallara diqqətli, dəqiq və məsuliyyətli olmaq

 

 İş şəraiti:

Əməkhaqqı: 1000 AZN

İş qrafiki: Həftə içi 5 gün, saat 10:00 – 19:00

İş yeri: Ağ Şəhərdə yerləşən ofisimiz

Müraciət qaydası:

Zəhmət olmasa, CV-nizi, vəzifənin adını (Mühasib) qeyd edərək [email protected] ünvanına göndərin.

Qeyd: Yalnız tələblərə tam cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.