Şirkətimizə mühasib tələb olunur.
Mühasibatlıq sahəsində bilik və təcrübəyə malik, məsuliyyətli və dəqiq namizədləri komandamıza dəvət edirik.
Tələblər:
- Ali və ya orta ixtisas təhsili (mühasibatlıq, maliyyə və s.)
- Müvafiq sahədə minimum 1–2 il iş təcrübəsi
- Vergi, əmək və mühasibat uçotu üzrə əsas biliklər
- new-taxes, e-gov portalları ilə işləmə bacarığı
- Excel və 1C proqramlarında işləmə bacarığı arzuolunandır
- Dəqiqlik, məsuliyyət və nizam-intizam
Vəzifələr:
- Gündəlik mühasibat əməliyyatlarının aparılması
- Bank, kassa, ödəniş və alış sənədlərinin işlənməsi
- Vergi və DSMF hesabatlarının hazırlanmasında iştirak
- Elektron portallarda sənədlərin təqdim olunması
Əmək haqqı: 550
İş qrafiki: 5 günlük
saat: 09:00-18:00
Müraciət üçün: CV-lərinizi mövzu hissəsində “Mühasib” qeyd etməklə o[email protected] ünvanına göndərməyiniz xahiş olunur.