Mühasib vakansiyası

 

 Öhdəliklər:

Əmək haqqının, məzuniyyət, ezamiyyət və digər ödənişlərin hesablanması;

Vergi, DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə hesablamaların aparılması;

Mühasibat uçotunun aparılması;

Elektron qaimə-fakturaların, hesab-fakturaların və aktların hazırlanması;

Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;

Bank əməliyyatlarının uçotu və ödəniş tapşırıqlarının hazırlanması;

Debitor və kreditor borclarının izlənilməsi;

Mühasibat sənədlərinin arxivləşdirilməsi;

Rəhbərliyin tələb etdiyi maliyyə hesabatlarının hazırlanması.

 

Tələblər:

Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;

Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;

Vergi və əmək qanunvericiliyi üzrə biliklər;

MS Excel proqramını yaxşı səviyyədə bilmək;

Analitik düşünmə və məsuliyyətlilik;

Əmək haqqı hesablamaları və əmək qanunvericiliyi üzrə praktiki biliklər;

E-gov və digər aidiyyəti dövlət portalları ilə işləmə bacarığı.

 

 Maraqlanan namizədlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.