VMF şirkətinə Mühasib tələb olunur!

 

VMF şirkətinin Qobu ofisi üçün mühasibatlıq əməliyyatlarını dəqiq və vaxtında həyata keçirəcək, məsuliyyətli və təcrübəli mühasib axtarırıq.

 

 Şərtlər:

 Əməkhaqqı: 700 AZN (net)

 İş qrafiki: 6 günlük

 İş yeri: Qobu ofisi

 Servis: İnşaatçılar ərazisindən Qobuya servis xidməti mövcuddur.

 

 Əsas vəzifələr:

Debitor və kreditor borclarına nəzarət, qarşılıqlı hesablaşmaların üzləşdirilməsi;

Elektron qaimə-fakturaların hazırlanması və göndərilməsi;

Ölkədaxili və xarici bank ödənişlərinin hazırlanması və icrası;

Əməkhaqqı köçürmələrinin həyata keçirilməsi;

Mühasibat əməliyyatlarının 1C proqramında düzgün və vaxtında işlənməsi;

Sənədlərin və hesablaşmaların yoxlanılması, uyğunsuzluqların müəyyən edilməsi.

 

 Namizədə tələblər:

Mühasibatlıq üzrə praktiki bilik və müvafiq iş təcrübəsi;

1C Kompleks Avtomatlaşdırma proqramında sərbəst işləmək bacarığı;

İşini müstəqil təşkil etmək və tapşırıqları vaxtında icra etmək;

Diqqətli, dəqiq və məsuliyyətli olmaq;

Analitik düşünmə və detallara diqqət;

Komanda ilə işləmək və operativ ünsiyyət bacarığı;

Rus dili biliyi üstünlükdür.

 

 Müraciət:

CV-nizi e-mailin mövzu hissəsində “Mühasib” qeyd etməklə [email protected]  ünvanına göndərin.

 

 Əlaqə: 050 257 80 36

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.