Qurum: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC

Vakansiya: Mühasib

İş yeri: Bakı şəhəri

Son müraciət tarixi: 30.11.2026

 

Əmək funksiyaları:

o  Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu qaydalarına və qanunvericiliyə uyğun sənədləşdirilməsi və aparılması;

  Elektron qaimə-fakturaların (ƏDV, sadələşdirilmiş və s.) rəsmiləşdirilməsi, təqdim edilməsi və vergi bəyannamələrinin hazırlanması;

  Bank və kassa əməliyyatlarının (daxili və xarici köçürmələr, ödəniş tapşırıqları) operativ və dəqiq icra olunması;

  Əməkhaqqı, məzuniyyət, son haqq-hesab, ezamiyyə və digər ödənişlərin hesablanması və sənədləşdirilməsi;

  Əsas vəsatətlərin (aqreqatlar, texnika və s.), mal-material qiymətlilərinin uçotunun aparılması, silinməsi və inventarizasiya prosesində iştirak edilməsi;

  Anbar uçotunun 1C proqramında işlənməsi və hesabların aidiyyəti üzrə uçotunun düzgün aparılması;

 Debitor və kreditor borclarının uçotunun aparılması, qarşılıqlı üzləşmə aktlarının tərtib edilməsi və nəzarətdə saxlanılması;

  Dövlət orqanlarına (DVX, DSMF, Dövlət Statistika Komitəsi) təqdim olunan dövri hesabatların vaxtında hazırlanması və göndərilməsi;

  Regional İdarələrdən daxil olan ilkin mühasibat sənədlərinin yoxlanılması, monitorinqlərin keçirilməsi və hesabatların rəhbərliyə təqdim edilməsi;

  Fəaliyyət istiqaməti üzrə rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların yerinə yetirilməsi;

  Xidməti zərurətlə əlaqədar ehtiyac yaranarsa regionlara ezamiyyələrdə iştirak edilməsi.

 

Namizədə dair tələblər:

 Təhsil: Ali (İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu və audit);

  İş təcrübəsi: Mühasibatlıq və ya maliyyə sahəsində ən azı 1 il iş təcrübəsi (aqrar və ya istehsalat sektorunda təcrübə üstünlükdür);

  Sertifikatlar: PMS (Peşəkar Mühasib Sertifikatı), ACCA (F3/F2) və ya müvafiq sahə üzrə sertifikatlara malik namizədlərə üstünlük verilir;

 

Texniki və Peşəkar bacarıqlar:

  Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və Mühasibat uçotu haqqında Qanunvericiliyi dərin bilməsi;

  1C (8.3) proqramında sərbəst işləmək bacarığı;

  MS Office (xüsusilə MS Excel – mürəkkəb düsturlar, pivot tables) proqramından yüksək səviyyədə istifadə bacarığı;

 

Yumşaq bacarıqlar:

  Analitik düşünmə, operativ qərarvermə və problemləri həlletmə bacarığı;

  Planlaşdırma və maliyyə resurslarını səmərəli idarəetmə qabiliyyəti;

  Komanda ilə işləmə və güclü kommunikasiya bacarıqları;

  Dəqiqlik, məsuliyyətlilik və detallara diqqət qabiliyyəti.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mühasib” yazaraq [email protected]  elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.