Vakansiya: Şöbə müdiri
Departament/Şöbə: Mərkəzi Mühasibatlıq və Təyinat filialı, Mühasibat uçotu, təhlil və hesabatlıq şöbəsi
VƏZİFƏ FUNKSİYALARI:
- Şöbənin əsas fəaliyyət göstəricilərinin müəyyənləşdirilməsi və icrasına nəzarət edilməsi.
- Şöbənin əsasnamə ilə müəyyən edilmiş istiqamətlər üzrə fəaliyyətlərin həyata keçirilməsi və nəzarət edilməsi.
- Şöbənin fəaliyyətinin təşkil edilməsi, işçiləri arasında iş bölgüsünün aparılması və onların qarşılıqlı fəaliyyətinin təmin edilməsi, əmək və icra intizamına riayət olunmasına nəzarət edilməsi.
- Şöbənin fəaliyyətinin səmərəliliyinin artırılması üçün təkliflərin verilməsi.
- Şöbənin işçilərinin peşəkar inkişafına dəstək göstərilməsi, dəyərləndirilməsi və motivasiya edilməsi.
- Şöbənin proseslərinin müvafiq qanunvericiliyə və daxili sənədlərə uyğunluğuna nəzarət edilməsi.
- Şöbəyə daxil olan müraciətlərin, ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasının təmin edilməsi.
- Hesabatlılığın təmin olunması
- Filialın əsasnaməsi ilə müəyyən edilmiş istiqamətlər üzrə digər fəaliyyətlərin həyata keçirilməsi.
- Büdcə layihəsi üzrə sorğunun cavablandırılması, maliyyələşmə üçün müraciətlərin olunması.
- Mərkəzi və Regional Məşğulluq filialları üçün mərkəzləşmiş şəkildə ayrılmış vəsaitlərin xərclənməsinə, xəzinə və bank hesabları üzərindən əməliyyatlara nəzarətin təşkil edilməsi.
- Aktiv məşğulluq tədbirləri və saxlanma xərclərinin mühasibat uçotuna nəzarət etmək – müvafiq müxabirləşmələrin balansda əks etdirilməsinə nəzarət edilməsi.
- Beynəlxalq standartlara uyğun hesabatların hazırlanmasının təmin edilməsi.
- Az qiymətli əşyaların uçotuna nəzarət edilməsi.
- Maddi-texniki təminat, yanacaq normalarına nəzarət və yanacaq xərclərinin ödənişi prosesinə nəzarət edilməsi.
VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR:
- Təhsil tələbi: Ali (İqtisadiyyat və ya idarəetmə ixtisaslar qrupu üzrə);
- İş stajı: Müvafiq sahədə ən azı 4 il iş təcrübəsi;
- Kompüter bilikləri: “Microsoft Office” proqramları və 1C (8.3) proqramında yüksək səviyyədə işləmə bacarığı
Göstərilən tələblərə uyğun olan namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühasibat uçotu, təhlil və hesabatlılıq şöbəsinin müdiri” qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.
Qeyd etmək istəyirik ki, yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.