TBC Kredit BOKT Mühasibat uçotu üzrə 3 aylıq maaşlı təcrübə proqramı üzrə işçi qəbulu elan edir. Tələblər: Təhsil: İqtisadiyyat, Maliyyə və ya digər oxşar sahələr üzrə ali təhsil. İş təcrübəsi: Təcrübə tələb olunmur, universiteti yeni bitirmiş şəxslər müraciət edə bilərlər. Dil bilikləri: Azərbaycan dilini mükəmməl, rus və ingilis dilini orta səviyyədə biliyi. Kompyuter bilikləri: Microsoft Office proqramları üzrə biliklər. Əlavə bacarıqlar: Komandada işləmək bacarığı; Ünsiyyət qura bilmək b
acarığı; Təşəbbüskarlılıq; Daim öyrənmək həvəsi. İş şəraiti: - İş qrafiki: 5 gün, (1- 5 günlər) 09:00-dan 18:00-dək; - Əmək haqqı müsahibə əsasında təyin olunacaq Xahiş olunur ki,CV-ləri([email protected]) elektron ünvanına təqdim edəsiniz. E-məktubunuzun “mövzu” (subject) sətrində müraciət etdiyiniz vəzifəni qeyd edin(Mühasibat uçotu üzrə təcrübəçi). Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.