ASBC Maliyyə Departamentinin Mühasibatlıq şöbəsinə təcrübəçi axtarır!
ASBC Azərbaycanda Apple Premium Partner-dir. Biz inkişaf edirik, yeni mağazalar açırıq və komandamızı genişləndiririk. Karyeranıza mühasibatlıqda peşəkarların yanında start verməyə dəvət edirik.
Sizi nələr gözləyir:
• ilkin sənədlərin işlənməsində dəstək;
• uçot və üzləşdirmə işləri;
• şöbə üçün məlumat və hesabatların hazırlanması;
• 1C və korporativ sistemlərdə işləməyi öyrənmək.
Bizim gözləntilərimiz:
• mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat istiqaməti üzrə məzun olmaq;
• diqqətlilik və dəqiqlik;
• Excel biliyi;
• rus və ya ingilis dili biliyi üstünlükdür;
• öyrənmək və məsuliyyət götürmək istəyi.
Biz nə təklif edirik:
• ödənişli təcrübə;
• iş qrafiki: 10:00 – 19:00, 2 istirahət günü;
• təlim və təcrübəli mentor dəstəyi;
• özünü yaxşı göstərən təcrübəçi üçün daimi işə keçid imkanı.
Müraciət üçün CV-nizi göndərin: [email protected]