Vakansiya haqqında məlumat: Struktur bölmə: Maliyyə departamenti,Mühasibatlıq şöbəsi Vəzifə:Mühasibatlıq şöbəsinin mütəxəssis - mühasibi Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq Tələb olunan işçi sayı: 1 (bir) İş saatları (iş rejimi): 09:00 – 18:00 Son müraciət tarixi:01 avqust 2021. Vəzifə Öhdəlikləri: 1. Dövrlər üzrə mühasibat yazılışlarının mühasibatlıq sistemində tamlığını yoxlamaq; 2. Müxtəlif təchizatçılar üzrə xərclərin mühasibatlıq sistemində düzgün əks olunmasını və qanunvericiliyə uyğunluğunu təmin etmək; 3. Hazırlanmış ödəniş tapşırıqlarını yoxlamaq; 4. Daxil olan elektron qaimələrə nəzarət etmək; 5. Təkrarsığorta əməliyyatları üzrə müxabirləşmələri mühasibatlıq sisteminə işləmək; 6. Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin uçotunu aparmaq və amortizasiya ayırmalarını hesablamaq; 7. Şirkətdaxili öz səlahiyyətləri ilə bağlı yaranan bütün məsələləri araşdırıb rəy bildirmək; 8. Aidiyyatı orqanlara hesabatları hazırlamaq. Namizədə olan tələblər: İş təcrübəsi: Maliyyə sahəsi üzrə ən azı 2 il iş təcrübəsi tələb olunur Təhsili/ixtisası: Maliyyə, iqtisadiyyat, riyaziyyat və ya digər müvafiq sahə üzrə ba
lakavr dərəcəsi Dil bilikləri: Azərbaycan dili - əla, İngilis dili - orta, Rus dili-orta Üstünlüklər: Sığorta sahəsində biliklər, Qanunvericilik üzrə biliklər Kompüter bilikləri: MS Office – əla Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, gələcəyi planlaşdırma, keyfiyyət yönümlülük, problem həlletmə. İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası Digər məlumatlar: Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61 Əlaqə vasitələri:www.pasha-life.az(+994 12) 942 Vakansiya üçün müraciət qaydası: Namizədlərhttps://pasha-life.az/about?lang=az#careerkeçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.