Mühəndislikdə İlk Addım 2
Gənc mühəndislər üçün əla fürsət!
Mühəndislik karyeranıza uğurlu addımı AZMADE GROUP ilə atın!
Müraciət linki: LİNK
LAYİHƏ HAQQINDA:
Böyük maraq görən və artıq 2-ci dəfə keçirilən “Mühəndislikdə İlk Addım-2025” (MİA) proqramı bu dəfə daha da genişlənərək AZMADE GROUP-un 4 aparıcı şirkətini əhatə edir:
🔹 Azertexnolayn MMC – Sumqayıt
🔹 AAC MMC – Qaradağ, Bakı
🔹 Spark Beton – Nərimanov, Bakı
🔹 Zəyəm Texnologiyalar Parkı ASC – Zəyəm qəsəbəsi, Şəmkir
İlk proqramdan məzun olan gənclərimizin yarıdan çoxu artıq bizimlə bərabər çalışır və gənc, təcrübəli mühəndislərimizə çevriliblər!
Bu proqram sizə nə qazandıracaq?
Real mühəndislik təcrübəsi
Mentor dəstəyi ilə inkişaf
Peşəkar mühitdə təlimlər
Əmək müqaviləsi + aylıq əmək haqqı
Uğurlu iştirakçılar üçün işə qəbul imkanı
Kimlər müraciət edə bilər?
Bakalavr təhsilini yeni bitirmiş və ya sonuncu kurs tələbəsi olanlar
Magistratura üzrə təhsil alan, lakin gündüz dərsləri olmayanlar
6 ay müddətində təcrübə keçə biləcək namizədlər
Yüksək GPA və ya universitetə yüksək balla qəbul olan tələbələr (yerli universitetlər üçün)
Uyğun İxtisaslar:
• Maşınqayırma mühəndisliyi
• Kimya mühəndisliyi
• Metallurgiya mühəndisliyi
• Sənaye mühəndisliyi
• Elektrik mühəndisliyi
• Energetika və avtomatika mühəndisliyi
• Mexanika mühəndisliyi
• Materialşünaslıq
• Avtomatika mühəndisliyi
Və bənzər texniki sahələr
Şirkət üzrə təminatlar:
• Azertexnolayn MMC: Servis, korporativ nömrə, nahar
• AAC MMC: Servis, korporativ nömrə, nahar
• Spark Beton: Korporativ nömrə
• Zəyəm Texnologiyalar Parkı: Qonaqlama, gündə 3 dəfə yemək, korporativ nömrə