Müştəri xidmətləri departamenti-Təcrübəçi vakansiyası

 

Müəssisə:  AZ SƏNAYE BANKI ASC

 

İş haqqında məlumat:

Ölkədaxili pul köçürmələri sistemləri üzrə əməliyyatların həyata keçirilməsi;

Bütün əməliyyatların bank proqramı vasitəsilə icra olunması;

Müştərinin hesabından komissiya məbləğinin bankın müvafiq gəlir hesabına silinməsi;

Hüquqi şəxslər, fərdi sahibkarlar və fiziki şəxslər üzrə hesabların açılması, tələb olunan sənədlərin tam şəkildə sistemə yüklənməsi;

Göstərilən xidmətlərə aid faiz və komissiyaların təyinatı üzrə tutulması;

Hesablararası və bank daxili köçürmə əməliyyatlarının proqramda yığılması, sənədlərin icra qeydləri ilə təsdiqlənməsi;

Müştərilərin hesabları üzrə (hesabsız əməliyyatlar daxil olmaqla) nağd və qeyri-nağd mədaxil və məxaric əməliyyatlarının aparılması;

Müştərinin müraciəti əsasında miqrasiya və səfirliklər üçün rəsmi məktubların hazırlanması, komissiyaların alınması və məktubda göstərilən hesablar üzrə blok qoyulmasının təmin edilməsi;

Müştərilərin plastik kart sifarişlərinin qəbul edilməsi, kredit kartları üzrə kredit xətti üçün sifarişlərin aidiyyəti üzrə təqdim edilməsi, kartların və PIN zərflərinin bağlı şəkildə təhvil alınıb müştəriyə verilməsi;

Qeyri-nağd konvertasiya əməliyyatlarının icrası: sənədlərin yoxlanılması, əməliyyatların sistemə daxil edilməsi, komissiyaların alınması, məzənnə və limitlərin düzgünlüyünün yoxlanılması;

Bankın bütün məhsulları haqqında məlumatlı olmaq və müştəriləri (birbaşa və ya zəng vasitəsilə) bu məhsullar barədə məlumatlandırmaq.

 

Tələblər:

Ali iqtisadi təhsil

Microsoft Office proqramları üzrə biliklər

Məntiqi və analitik düşünmə qabiliyyəti

Araşdırma aparmaq bacarığı

Komandada işləmək bacarığı

Məsuliyyətlilik, dəqiqlik, düzgünlük və detallara diqqət yetirmək bacarığı

 

Biz nə təklif edirik:

İş yeri: Dreamland Baku

İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00

Nahar: Şirkət tərəfindən təmin olunur

Təcrübə müddəti ödənişlidir (Maaşlıdır).

İş mühiti: Regionun aparıcı bankında dinamik, innovativ və əməkdaşlığa əsaslanan korporativ mühit

 

Müraciət:

Tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Müştəri xidmətləri departamenti üzrə Təcrübəçi - 28532 ” qeyd etməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.