Müştəri Xidmətləri üzrə nümayəndə (Amburan Beach Club) vakansiyası

 

İşin təsviri:

Bankın məhsul və xidmətləri barədə ziyarətçilərə məlumat vermək və təqdimatlar həyata keçirmək; 

Müştərilərin suallarını cavablandırmaq, ilkin məsləhətlər təqdim etmək və onları müvafiq xidmətlərə yönləndirmək; 

Reklam kampaniyaları, aksiyalar və promo fəaliyyətlərdə iştirak etmək; 

Promo materialların və hədiyyə məhsullarının paylanmasını həyata keçirmək; 

Nümayəndəliyə müraciət edən müştərilərin qeydiyyatını aparmaq və potensial müştərilər haqqında məlumat toplamaq; 

Nümayəndəliyin səliqəli və korporativ standartlara uyğun fəaliyyətini təmin etmək; 

Müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılmasına dəstək olmaq. 

 

Namizədə dair tələblər:

Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı; 

Müştəri xidməti, satış və ya təqdimat sahəsində təcrübəyə üstünlük verilir; 

Yüksək kommunikasiya və təqdimat bacarığı; 

Məsuliyyətli, təşəbbüskar və operativ olmaq; 

Komandada işləmək bacarığı; 

Xarici görünüşə və korporativ etikaya diqqət yetirmək.

 

İş şəraiti:

İş yeri: Amburan Beach Club ərazisində yerləşən bank nümayəndəliyi; 

İş qrafiki: 10:00 – 19:00; 

İş rejimi: növbəli (bir gündən bir); 

Əməkdaşlara işə başlamazdan əvvəl bank məhsulları və xidmətləri üzrə təlimlər keçiriləcək; 

İş yeri lazımi ofis avadanlıqları ilə təmin olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Müştəri Xidmətləri üzrə Nümayəndə (Amburan Beach Club)” qeyd etməklə [email protected] e-poçt ünvanına göndərə bilərlər

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.