VAKANSİYA: Müştərilərlə əlaqələr üzrə koordinator
Şirkət: Mobil Group MMC
Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli 27B
İş qrafiki: 6 günlük iş həftəsi (Bazar ertəsi – Cümə: 09:00–18:00, Şənbə: 10:00–15:00)
Əməkhaqqı: Müsahibə əsasında (namizədin bilik və bacarıqlarına uyğun)
Əsas vəzifə öhdəlikləri :
• Müştərilərdən bəyannamə növünə uyğun checklist əsasında tələb olunan sənədlər toplusunun tam və düzgün şəkildə əldə edilməsi;
• E-poçt ünvanına daxil olan sorğuların daim nəzarətdə saxlanılması və vaxtında cavablandırılması;
• Müştərilərlə mütəmadi əlaqə saxlanılması, əməliyyatların gedişatı və proseslərin mərhələləri barədə məlumat verilməsi;
• Daxili ERP proqramında tapşırıqların (task) yaradılması, icra müddətlərinin və statuslarının izlənilməsi;
• Beynəlxalq ticarət əməliyyatları üzrə sənədlərin (müqavilə, hesab-faktura, qablaşdırma siyahısı, daşıma qaiməsi, mənşə sənədləri və s.) yoxlanılması, uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılmasının təmin edilməsi;
• myGov, e.customs, AQTİS və digər dövlət elektron platformalarında müraciətlərin və hesabatların hazırlanması, proseslərin sonadək izlənilməsi;
• Malların beynəlxalq təsnifat sistemləri üzrə kodlaşdırılması və müvafiq normativ tələblərin araşdırılması;
• INCOTERMS şərtlərinə və qüvvədə olan normativ aktlara uyğun olaraq əməliyyatlarla bağlı ödəniş öhdəliklərinin hesablanması;
• Daxili rəqəmsal sistemlərdə əməliyyat məlumatlarının qeydiyyatının, strukturlaşdırılmasının və hesabatlılığın aparılması;
• Əməliyyat tələblərinin vaxtında müəyyənləşdirilməsi və proseslərin operativ idarə olunması.
Namizədə dair tələblər :
• Ali təhsil (iqtisadiyyat, maliyyə, beynəlxalq ticarət, hüquq, mühəndislik, riyaziyyat və ya informasiya texnologiyaları üzrə təhsil üstünlükdür);
• Gömrük və ya beynəlxalq ticarət sahəsində minimum 1 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst və səlis şifahi və yazılı ünsiyyət bacarığı;
• Rus və/və ya ingilis dili biliyi (işgüzar ünsiyyət səviyyəsində);
• MS Office proqramlarından sərbəst istifadə bacarığı, xüsusilə Excel (IF, SUMIF, VLOOKUP, Pivot Table və s.);
• Analitik və məntiqi düşünmə, mürəkkəb sənədləri təhlil etmə və uyğunsuzluqları müəyyənləşdirmə bacarığı;
• INCOTERMS 2020, beynəlxalq ticarət və təchizat zənciri üzrə biliklər (üstünlükdür);
• Dövlət elektron platformaları və rəqəmsal sistemlərlə işləmək bacarığı;
• Müştəriyönümlülük və effektiv kommunikasiya bacarığı;
• Operativlik, məsuliyyətlilik və detallara diqqət;
• Çoxtapşırıqlı iş rejimində işləmək və komanda ilə əməkdaşlıq bacarığı;
• Yeni proqram təminatını və iş proseslərini qısa müddətdə mənimsəmək həvəsi.
Təkliflərimiz :
• Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul;
• Korporativ mobil nömrə ilə təminat;
• Peşəkar komandada inkişaf və karyera imkanları.
Müraciət qaydası
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində “Müştərilərlə əlaqələr üzrə koordinator” qeyd etməklə[email protected] elektron poçt ünvanına göndərə bilərlər.