Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Nağıllar aləmi İçərişəhər” adlı möhtəşəm festival sizi gözləyir!
Bayram saat 11:30-da uşaqların paradı ilə başlayacaq və 19:00-a qədər davam edəcək. Qız Qalası meydanı, Qoşa Qala meydanı, Qüllə küçəsi, Bakı Xanlar Bağı, Arxeoloji Bağ, Kiçik Qala küçəsi, Dördbucaqlı Qala, Bakı Fotoqrafiya Evi, İçərişəhərdə yerləşən qalereyalar kimi məkanlarda baş tutacaq tədbirdə hashtag#teatr tamaşaları, konsertlər, rəqs nömrələri, fleşmoblar, kukla teatrı, interaktiv sərgilər, milli idman oyunları, ustad dərsləri, rəsm və karikatura guşələri uşaqlara unudulmaz anlar yaşadacaq.
Nağıl burada başlayır – İçərişəhərdə görüşənədək!
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.