Namizədlərin Dövlət Proqramına müraciət edərkən ən çox yol verdikləri xətalar əsasında diqqət edilməli məqamları sizinlə bölüşürük:
1️ IELTS sertifikatı sənədin əldə edildiyi qurum tərəfindən imzalanmalı və möhürlənməlidir;
2️ Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) 100 ballıq şkala üzrə təqdim edilməlidir;
3️ Xarici ali təhsil müəssisəsində təhsil alan namizədlərin sənədlərində bəzən ÜOMG (100 ballıq şkala üzrə) qeyd olunmur, bu halda ekvivalentlik göstərən sənəd təqdim edilməlidir. (Namizəd ekvivalenti xarici ATM-dən əldə etməlidir, ÜOMG arayış və ya transkriptin sonuna qeyd edilə bilər);
4️ Şəxsiyyət vəsiqəsinin hər iki üzü əlavə edilməlidir;
5️ Sənədlər elektron sistemə PDF formatında yüklənilməlidir.
Vacib elan və məlumatlardan xəbərdar olmaq üçün rəsmi səhifələrimizi izləmədə qalın.