Naxçıvanda təhsil müəssisələrində vakant olan uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə müsabiqə üçün sənəd qəbuluna başlanılır
Yanvarın 30-dan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə sənəd qəbuluna başlanılır.
️Qeyd olunan vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 29 yanvar- 13 fevral 2026-cı il tarixləri arasında şəxsiyyət vəsiqəsinin, təhsil haqqında sənədin, əmək kitabçasının surətlərini (namizəd şəhid ailəsinin üzvüdürsə vəsiqənin surətini) yaşadıqları ərazi üzrə şəhər və rayon Təhsil Şöbələrinə təqdim edə bilərlər.
️Müsabiqə test və müsahibə mərhələlərindən ibarət olmaqla həyata keçiriləcək.
Müsabiqə şərtləri ilə bağlı məlumat
Namizədlər üçün tələblər linkində, proqramla bağlı məlumat
UBTR proqram
UBTR elan
Müsabiqəyə təhsil müəssisələrində vakant olan uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə 19 vəzifə çıxarılıb.
Məlumat üçün bildirək ki, Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə tədris rus dilində aparıldığından müsahibə zamanı namizədlərin həm də rus dilində danışıq qabiliyyəti yoxlanılacaqdır.
Namizədlərə uğurlar arzulayırıq!