Veysəloğlu-Rossmann olaraq Mühasibatlıq şöbəmizə Nəğd və Nəğdsiz Əməliyyatlar üzrə Mühasib axtarırıq.

Bu vəzifə şirkətin gündəlik pul və bank əməliyyatlarının dəqiq və vaxtında icrasını, mühasibat uçotunda düzgün əksini təmin edəcək.

Vəzifə funksiyaları:

Nəğd və nəğdsiz əməliyyatların uçotunun aparılması

Bank və kassa sənədlərinin işlənməsi və arxivləşdirilməsi

POS-terminal və inkassasiya əməliyyatlarının idarə olunması

Bank ödənişlərinin təşkili və nəzarətdə saxlanılması

Müvafiq daxili hesabatların hazırlanması və təqdim edilməsi

Tələblərimiz:

Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil

Minimum 2 il müvafiq sahədə iş təcrübəsi

1C proqramı və Excel bilikləri

Diqqətlilik, məsuliyyət və vaxtında hesabatvermə bacarığı

Komandada işləmək və işgüzar ünsiyyət bacarığı.

 

CV-lərinizi [email protected] elektron poçt ünvanına, mövzu sətrində “Nəğd və Nəğdsiz Əməliyyatlar üzrə Mühasib” qeyd etməklə göndərməyinizi xahiş edirik.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.