Vakansiya — Nəqliyyatın təminatı sektorunun müdiri

 

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəqliyyat təminatı və logistika proseslərinin idarə olunmasını həyata keçirən Nəqliyyatın təminatı sektorunun müdiri vəzifəsi üzrə təcili vakansiya elan edir.

 

Əsas vəzifə öhdəlikləri:

  Nəqliyyat vasitələrinin fəaliyyət istiqamətlərinə uyğun bölgüsü, marşrut planlanması və sürücülərə təlimatların verilməsi;

  Vasitələrin ərazi daxilində və kənarda hərəkətinin monitorinqi və GPS vasitəsilə izlənməsi;

  Yol vərəqələrinin tərtibi, uçotu və hesabatlığın təmin edilməsi;

  Texniki nasazlıqların müəyyən edilməsi, daxili təmir işlərinin təşkili və ciddi nasazlıqlar üzrə servisə yönləndirilməsi;

  Struktur bölmələrdən daxil olan nəqliyyat tələblərinin qəbulu və operativ təminatı;

  Yanacaq təminatının təşkili, sərfiyyatın normativlərə uyğun uçotu və optimallaşdırılması;

  Nəqliyyat anbarının idarə edilməsi, ehtiyat hissələrinin və texniki mayelərin uçotu;

  Sürücülərin fəaliyyətinə nəzarət, əmək intizamı və təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;

  Aylıq və rüblük hesabatların hazırlanması, texniki baxış, icbari sığorta və digər normativ tələblərin yerinə yetirilməsi.

 

Namizədə tələblər:

 Logistika, nəqliyyat mühəndisliyi, avtomobil nəqliyyatı, istehsalatın təşkili, idarəetmə və ya əlaqəli sahələr üzrə ali təhsil;

 Nəqliyyat təminatı və ya logistika sahəsində minimum 3 il iş təcrübəsi, o cümlədən 1 il rəhbər vəzifədə;

Avtonəqliyyat vasitələrinin texniki göstəriciləri və istismar qaydaları üzrə biliklər;

 Yanacaq və yol vərəqələri üzrə hesabat və uçot aparmaq bacarığı;

 Excel və rəqəmsal logistik idarəetmə sistemlərində işləmək bacarığı;

 Planlaşdırma, koordinasiya, komanda idarəetmə və ünsiyyət bacarıqları.

 

  Müraciət üçün e-mail: [email protected]

Vakansiya təcili olduğundan uyğun namizədlərin müraciətləri operativ şəkildə dəyərləndiriləcəkdir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.