ÖDƏNİŞSİZ VƏ TAM TƏQAÜDLÜ “Satış mütəxəssisi” (B2B və B2C istiqamətləri üzrə) KURSUNA QEYDİYYAT BAŞLADI!
Satış sahəsində gələcək karyera qurmaq istəyirsən? Nitq qabiliyyətinə, inandırma bacarığına və müştərilərlə işləmək istəyinə güvənirsənsə — bu təlim sənin üçündür!
Proqram çərçivəsində:
-Peşəkar satış texnikaları öyrədiləcək;
-Müştəri ilə ünsiyyət və təqdimat bacarıqları inkişaf etdiriləcək;
-Real satış situasiyaları üzərindən praktik məşğələlər keçiriləcək;
-Təlimi uğurla başa vuranlara rəsmi sertifikat təqdim olunacaq;
-Məzunlara məşğulluq və işə düzəlmə dəstəyi göstəriləcək.
Kurs müddətində iştirakçılara 200 AZN məbləğində təqaüd ödəniləcəkdir.
Proqramın üstünlükləri:
- Tam ödənişsiz tədris;
- Kurs müddətində aylıq təqaüd;
- Rəsmi sertifikat;
- İşə qəbul və müsahibə dəstəyi.
Tələblər:
-Azərbaycan vətəndaşı olmaq;
-İşsiz və ya işaxtaran statusuna malik olmaq;
-18 yaşdan yuxarı olmaq;
-Nitq qabiliyyəti və ünsiyyət bacarığı yüksək olmaq;
İştirak edə bilməzlər:
-Əyani və ya qiyabi tələbələr;
-Aktiv VÖEN-i olan şəxslər;
-Özünüməşğulluq proqramı üzrə aktivlər əldə etmiş şəxslər;
-Hazırda qüvvədə olan əmək müqaviləsi ilə çalışan şəxslər;
Qeydiyyat qaydası:
Satış bacarıqlarını inkişaf etdirmək, gələcəkdə sabit və gəlirli iş tapmaq istəyirsənsə, onlayn qeydiyyat formasını dolduraraq müraciət edə bilərsiniz:
Qeydiyyat linki: LİNK