OMİD Mağazalar Şəbəkəsi SATIŞ MƏSLƏHƏTÇİLƏRİ axtarır

 

 Nərimanov, N.Yusifbəyli, Dərnəgül, Şərq bazarı, Xutor ərazilərində yerləşən OMİD mağazalarında xanım və bəy namizədlər üçün satış məsləhətçisi vakansiyamız aktivdir

 

İş barədə məlumat:

•        Mağazanın satış işini təmin etməlidir;

•        Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır;

•        Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır;

•        Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli və bütün malların qiymətinin yerində olmasından cavabdehdir;

•        Satış apararkən daim düzülüşə nəzarət etməli və vitrin boşluqlarını aradan qaldırmalıdır;

•        Mağazanın forma geyim tələblərinə riayət etməlidir.

 

Namizədə tələblər:

•        18-35 yaşı;

•        Bəsit riyazi biliklərin olması vacibdir;

•        Ali və ya orta təhsilli (peşə və kollec məzunlarına üstünlük verilir);

•        Müvafiq sahədə təcrübənin olması üstünlükdür.

 

Əmək şəraiti:

•        Əmək haqqı: 500-700 AZN;

•        İş rejimi: Həftənin 6 günü;

•        Nahar şirkət tərəfindən təmin olunur, bonus və əlavə imtiyazlar da mövcuddur.

 

Qeyd edilən ərazilərdə yaşayan xanım və bəy namizədlər CV-lərində yaşadığı ərazini və mövzu hissəsində “Satış məsləhətçisi” başlığı ilə qeyd etməklə [email protected] elektron ünvanına və ya 055-500-91-00 və ya 055-500-97-38 nömrələrinə whatsapp üzərindən müraciət etmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.