Vəzifə : “Online satış mütəxəssisi”

Vəzifə öhdəlikləri:

·      Şirkətin online satış platformalarının (web-sayt və marketplace) gündəlik fəaliyyətini idarə etmək;

·      Online sifarişlərin qəbulunu həyata keçirmək, sistemə daxil edilməsi və icrasına nəzarət etmək;

·      Məhsul kataloqunun,qiymətlərin və stok məlumatlarının platformada düzgün yerləşdirilməsini təmin etmək;

·      Online satış göstəricilərini (sifariş sayı,orta səbət,konversiya və s.) izləmək və müvafiq hesabatlar hazırlamaq;

·      Satışın artırılması məqsədilə kampaniya və promo təkliflərin hazırlanmasında iştirak etmək;

·      Müştəri sorğularının operativ şəkildə cavablandırılmasını və xidmət keyfiyyətinin təmin edilməsini təşkil etmək;

·      Reklam və marketinq komandası ilə koordinasiyalı şəkildə işləyərək online trafik və satışların artırılmasına dəstək vermək;

·      Rəqib platformaları və bazar trendlərini izləmək, müvafiq təkliflər hazırlamaq;

·      Mağaza əməkdaşları ilə mütəmadi müzakirələr aparmaq,xidmətin yaxşılaşdırılması istiqamətində addımlar atmaq;

·      Mağazada online satışa cavabdeh olan əməkdaşların motivasiya olunması və onların KPI-larına təsir edən amillərlə bağlı mütəmadi məlumatlandırma aparmaq;

·      Mağaza əməkdaşlarına mütəmadi təlimatlandırma işlərini həyata keçirmək.

Tələb olunan bilik və bacarıqlar:

·      Satış göstəricilərinin izlənməsi və sadə analitik hesabatların hazırlanması bacarığı;

·      Müştəriyönümlü yanaşma və güclü ünsiyyət bacarıqları;

·      Komandada işləmək və operativ qərarvermə bacarığı

 

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

·       Ali təhsil ;

·        Online sifarişlərin idarə edilməsi və müştəri sorğularının cavablandırılması sahəsində 1–3 il iş təcrübəsi;

·       Azərbaycan və rus dillərində səlis danışıq bacarığı.

İş şərtlərimiz:

·       İş qrafiki: Tam iş günü (5 gün);

·       İş saatları: 09:00-18:00;

·       İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D

 

Biz nə təklif edirik:

·       Əmək bazarında rəqabətli əməkhaqqı;

·       Peşəkar komanda mühiti;

·       Şirkət hesabına nahar;

·       Şirkət hesabına korporativ nömrə.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə  “Online satış mütəxəssisi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.