Operatorvakansiyası
“Bee Online” ASC əsasən məhdud infrastrukturlu ərazilərdə fiber-optik kabel xətlərinin çəkilməsi, bununla da müştərilərinə 100 mb/s-ə qədər məlumat ötürmə sürəti olan və hava şəraitindən asılı olmayaraq internet üçün sərfəli xidmətlər təqdim edən qabaqcıl şirkətlərdən biridir.
İş barədə məlumat :
·Daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması;
·Şirkətin xidmətləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştəri istəklərinə müvafiq olan xidmətlərə uyğun olan qiymətin müştəriyə ən uyğun formada bildirilməsi;
·Şirkətin kompaniyaları haqqında müştərilərə ətraflı məlumat verilməsi;
·Müştərilərin istəklərini qeydə alınması və texniki şöbəyə yönləndirilməsi
·Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi
·Şirkətin xidmət ,qiymətləri barədə müştəriyə düzgün məlumat vermək v�� sifarişləri qeydiyyata almaq
·Müştərilərin şikayət, təklif və tövsiyələrini dinləmək və ya müvafiq şəxsə yönəltmək
Tələblər:
-Yaş : 20 – 30
-Cinsi :qadın
-Dil bilikləri: Azərbaycan,Rus dillərini əla səviyyədə bilməli;
-Aydın və səlis nitq bacarığı;Fikrini düzgün şəkildə izahetmə qabiliyyəti;
-Səbrli və məsuliyyətli;
-Müvafiq sahədə 2 ilədək iş təcrübəsi (call center, satış və müştəri xidmətləri sahəsində olanlara üstünlük verilir)
-Kompüter bilikləri – MS Office (Microsoft Word, Microsoft Excell,) MS Outlook proqramlarından və İnternet resurslarından sərbəst isifadə bacarıqları;
-Xüsusi bacarıqlar – İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
-İşə planlı yanaşmaq bacarığı;
-Yüksək dinləmə, ünsiyyət və izahetmə qabiliyyəti;
İş qrafiki: 6 iş günü
İş saatı: həftə içi 09:00-dan 18:00-dək
Əmək haqqı: 500 – 800 AZN
Vakansiyaya uyğun gələn namizədlərin cv-lərini[email protected]elektron ünvanına göndərməkləri arzu olunur.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.