"ÖYRƏT” təlimçilər üçün uzunmüddətli təlim proqramına qeydiyyat!
Təlimçilər üçün Təlim proqramı axtarırsan? “ÖYRƏT”ə müraciət başlayır!
Təlimin dəyəri danışılan mövzularla deyil, iştirakçıda yaranan nəticə ilə ölçülür.
Yaxşı təlim 3 sualdan başlayır:
İştirakçı nəyi izah edə biləcək?
Nəyi müstəqil tətbiq edə biləcək?
Hansı peşəkar yanaşmanı göstərəcək?
Bu cavablar təlimin məqsədini, fəaliyyətlərini və qiymətləndirməsini müəyyənləşdirir. Çünki yaxşı təlim təsadüf deyil. O, real ehtiyacdan başlayır, aydın nəticə ilə qurulur, tətbiqlə sınanır və geribildirimlə təkmilləşir.
Sonda bir sual qalır: Öyrətdin. Nə dəyişdi?
ÖYRƏT gənclərlə işləyən təlimçilər üçün uzunmüddətli peşəkar inkişaf və sertifikasiya proqramıdır. Proqramı Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə “Öndə Gənclər” İctimai Birliyi icra edir.
Məqsəd güclü təlimçilər vasitəsilə daha çox gəncin bacarıqlarını inkişaf etdirməsinə və əmək bazarına hazırlıqlı daxil olmasına töhfə verməkdir.
İlk addım Missiya Brifinqidir.
ÖYRƏT-i tanı, təqdimatı oxu və müraciət et: bio-dakı linkdən Nazirliyin saytına keç.
İştirak ödənişsizdir.
Son müraciət tarixi: 20 avqust 2026
Qeydiyyat üçün: LİNK

