XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində keçiriləcək böyüklər üçün "Özünü kəşf et" ustad dərslərinin iyul proqramı ilə tanış olun

6, 13 iyul

19:00 (16+) – Kətan üzərində boyalar – Lətafət Məmmədova

İştirakçılara nümunə üçün müxtəlif əsərlərin təsvirləri təqdim ediləcək və ya onlar öz istədikləri əsərləri (internet vasitəsi ilə baxaraq) kətan üzərində yağlı boyalar ilə yaradacaqlar. Ustad dərsi iki hissədən ibarətdir.

◽️20 iyul

19:00 (16+) – Ucaldan yol – Vüsalə Ağarazıyeva

Ustad dərsində iştirakçılar cari sərgidəki hər hansı əsərlərin bir fraqmentini özləri üçün seçərək kətan üzərində təsvir edəcəklər. Bununla belə hər iştirakçı əsərə bəzi fərqli xüsusiyyətlər gətirəcək. Dərs başa çatdıqdan sonra alınan bütün fraqmentlər ümumi əsər kimi birləşdiriləcək.

27 iyul

19:00 (16+) – Ailə portreti – Gülarə İsrafilova

İştirakçılar akvarel kağızı üzərində akril boya ilə öz ailə portretini təsvir edəcəklər.

Qeydiyyat üçün: 050 251 41 15 (qeydiyyat çərşənbə axşamından cümə gününə kimi, saat 12:00-dən 18:00-dək aparılır)

__

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK:Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.