Vəzifə - Partnyorlarla iş üzrə menecer

 

İş şəraiti:

• İş qarafiki: 5 günlük iş həftəsi

• İş saatı: 09:00 - 18:00-dək

• Əməkhaqqı: 800-1000 AZN (Namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunur.)

• Gənc və dinamik komanda ilə işləmə

• Öyrənmə və yetişmə imkanına sahib münbit şərait

 

Vəzifə öhdəlikləri:

• Bazar araşdırması, potensial partnyorların axtarışı, əlaqələrin qurulması

• Potensial partnyorlarla soyuq zənglərin və görüşlərin təyin edilməsi, görüşülməsi

• Partnyorluq danışıqlarının aparılması və əməkdaşlıq təkliflərin alınması, kampaniya təkliflərinin hazırlanması

• Partnyorlarla müqavilələrin bağlanma prosesinə nəzarət

• Partnyorla şirkət arasında əlaqələri və işlərin koordinasiya axınının təmin olunması, mütəmadi əlaqələrin davam etdirilməsi

• Partnyor şəbəkəsinin zəng və fiziki monitorinqin aparılmasının koordinasiyası və nəzarət olunması, çıxan problemlərin aradan qaldırılması

• Kommunikasiya kanalları üzrə planların hazırlanması

• Təqdim etdiyimiz xidmətlərdə bütün yeniliklər, əlavə və dəyişikliklər barədə partnyorlara məlumat vermək

• Partnyor istifadələrini daimi nəzarətdə saxlanması, partnyor şəbəkəsi üzrə statistik təhlillərin aparılması və hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi

Reklam

 Tələblər:

• Ali təhsil (İqtisadiyyat, idarəetmə və ya marketinq üzrə bakalavr təhsili)

• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsinə sahib xanımlar

• B2B, satış və ya partnyorluq sahəsində təcrübə (fintech, bank, e-commerce və ya loyallıq proqramlarında üstünlükdür)

• Azərbaycan səlist, rus və ingilis dili biliyi – üstünlükdür

• Effektiv partnyor əlaqələri qurmaq və nəticələri qiymətləndirmək qabiliyyəti

• Danışıqlar aparmaq və müqavilələrlə işləmək bacarığı

• Səlis nitq və dolğun təqdimetmə bacarığı

• Məlumatlar əsasında təhlil etmə və qərar vermə

• Məsuliyyətlilik, operativlik

• Cəlbetmə və razısalma bacarığı

• Güclü kommunikasiya bacarığı

• Komanda ilə işləmə bacarığı

 

 Maraqlanan namizədlər CV-lərini "Partnyorlarla iş üzrə menecer" qeydi ilə [email protected] e-mail ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.