19 sentyabr 2026-cı il tarixində PAŞA Property Management tərəfindən Atletlər Kəndində əmək yarmarkası keçiriləcək.
Tədbir çərçivəsində aşağıdakı istiqamətlər üzrə mövcud vakansiyalarla tanış ola və komandamıza qoşulmaq imkanını dəyərləndirə bilərsiniz:
• Elektrik və zəif axın sistemləri üzrə elektrik
• Mexanik, santexnik, havalandırma və hovuz üzrə usta
• Təmizlik işçisi
• Təhlükəsizlik işçisi
• Xadimə
Tarix: 19 sentyabr 2026
Saat: 10:00–14:00
Məkan: Atletlər Kəndi, Koroğlu metrosunun yaxınlığı
Yeni karyera imkanlarını kəşf etmək və PAŞA Property Management komandası ilə yaxından tanış olmaq üçün sizi əmək yarmarkamızda gözləyirik!
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.