Global Media Group-un həyata keçirdiyi Media Akademiyası layihəsi çərçivəsində təşkil edilən Peşəkar Media Məktəbinə qəbul başladı! 



Gələcək karyerasını jurnalistika sahəsində qurmaq istəyən və media sahəsini dərindən öyrənərək peşəkar biliklərə yiyələnmək istəyən ali təhsilli və 3-4-cü kurs tələbələrini Peşəkar Media Məktəbi sosial layihəsinə qoşulmağa dəvət edirik. 4 ay davam edəcək nəzəri və praktiki təlimlər tamamilə ödənişsizdir və təlimin sonunda hər kəs sertifikatla təltif olunacaqdır. Bundan əlavə, təlimləri yüksək nəticə ilə bitirmiş gənclər Global Media Group-a daxil olan qurumlarda işlə təmin olunma şansını əldə edə bilərlər.

Təlimlər əsasən aşağıdakı istiqamətlərdə aparılacaq:
1. Jurnalistikanın əsasları
2. Xəbərin axtarışı, hazırlanması, xəbər yükünün təyin edilməsi
3. Xəbərin yalan və ya doğru olmasının aşkarlanması
4. Dezinformasiyaya qarşı mübarizə
5. Mediada informasiya texnologiyaları bacarıqları

moji", "Segoe UI Emoji", "Segoe UI Emoji", "Segoe UI Symbol", "Lucida Grande", Helvetica, Arial, sans-serif;font-size:14px;">6. Sosial bacarıqların inkişafı
7. İctimaiyyətlə əlaqələr
8. Mediada SMM
9. Fotojurnalistika

Son qeydiyyat tarixi: 31.08.2025

 Müraciət üçün CV-lərinizi [email protected] e-poçt ünvanına göndərə bilərsiniz.