Barattson MMC “Peşəkar Mühasib sertifikatı II Mərhələ üzrə təlimçi” vəzifəsi üçün vakansiya elan edir!
İş barədə məlumatlar:
* Təlim proqramlarının hazırlanmasında iştirak edir;
* Tədris prosesinin aparılması;
* Təlim materiallarını tərtib edir;
* Təlimə başlamazdan əvvəl hazırlıq işlərini görür;
* PMS 2 (Peşəkar mühasib sertifikatı) üzrə təlim keçirir;
* Təlimləri vaxtında və keyfiyyətlə keçirir;
* Təsdiq olunmuş proqrama uyğun olaraq təlim keçdiyi şəxlərə tapşırıqlar verir, onları izah edir, tapşırıqları yoxlayır və qiymətləndirir;
* Təlim keçən şəxslərin suallarını cavablandırır;
* Təlim keçən şəxslərin fəallığına və davamiyyətinə nəzarət edir, müvafiq qeydlər aparır;
* Təlim proqramına uyğun olaraq qiymətləndirmə və ya imtahan prosesini həyata keçirir;
* Təlimlərin effektivliyini artırmaq üçün təlim materiallarını və metodologiyaları davamlı olaraq təkmilləşdirir;
* Gördüyü işlər barədə hesabat hazırlayır
Namizədə tələblər:
* Ali iqtisadi təhsil (Maliyyə, mühasibatlıq və ya vergi qanunvericiliyi üzrə);
* Peşəkar mühasib sertifikatı 1,2;
* Mühasibat sahəsində minimum 5 il iş təcrübəsi;
* Təlimçilik üzrə ən az 2 ildən çox iş təcrübəsi;
* Power Point,whiteboard,zoom proqramını bilməlidir;
* Azərbaycan dili zəruridir, ingilis və ya rus dillərini bilməsi arzuolunandır;
* Düzgün nitq və danışıq qabiliyyəti olması;
Məsuliyyətli və tələbkar, həmçinin pozitiv olmalıdır.
Biz nə vəd edirik?
Peşəkar inkişaf imkanı – daxili və xarici təlimlərdə iştirak, şəxsi və karyera inkişafı üçün dəstək;
Rahat və müasir iş mühiti;
Komanda birliyini gücləndirən motivasiyaedici korporativ tədbirlər.
Ailə üzvlərinə təlimlərdən endirimli istifadə haqqı
Təlim qrafiki: İş günləri təlim planına uyğun olaraq qrupların mövcudluğuna əsasən saat 19:00-dan müəyyən edilir.
Xidmət haqqı: Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq tərəflər arasında razılaşdırılır.
Namizədlərdən CV formaların [email protected] email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Peşəkar Mühasib sertifikatı II Mərhələ üzrə təlimçi” qeyd olunmaqla göndərməkləri xahiş olunur.
CV-nin son göndərilmə tarixi: 15 fevral 2026-cı il.