Gənclər, çoxsaylı müraciətlərinizi nəzərə alaraq 32-ci POLİQON üçün qeydiyyatı açıq elan edirik!
“Poliqon” hərbi-vətənpərvərlik düşərgəsinə qoşul, özünü sına və yeni təcrübələr qazan!
Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunacaq düşərgədə peşəkar təlimçilərin keçirdiyi hərbi-simulyativ fəaliyyətlərdə iştirak edən gənclər nəzəri və praktiki bilik və bacarıqlar əldə edəcək, müxtəlif çətin tapşırıqlarda özlərini sınayacaq və unudulmaz düşərgə təcrübəsi yaşayacaqlar.
Məkan: Quba Olimpiya İdman Təlim-Tədris və İstirahət Kompleksi
Tarix: 10–13 sentyabr 2026-cı il
İştirak şərtləri:
• 17–22 yaş aralığında və fiziki cəhətdən hazırlıqlı;
• Hərbi xidmət keçməmiş;
• 2026-cı il ərzində digər düşərgələrdə iştirak etməmiş;
• Daha əvvəl hərbi-vətənpərvərlik düşərgəsində iştirak etməmiş;
• Fiziki və psixoloji cəhətdən sağlam.
Qeydiyyatdan uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibəni uğurla başa vuran 100 nəfər (50 oğlan və 50 qız) düşərgədə iştirak hüququ qazanacaq.
Qeydiyyat üçün link: LİNK
Son müraciət tarixi: 19 avqust 2026-cı il, saat 18:00

