XXI “POLİQON" üçün geri sayım başlayır!
Əziz gənclər, Qarabağ Zəfərinin 5-ci ilinə həsr olunan növbəti “POLİQON” gənclərin hərbi-vətənpərvərlik düşərgəsinə qeydiyyatı açıq elan edirik!
Peşəkar hərbçilərin iştirakı ilə hərbi simulyativ formatda keçiriləcək düşərgədə iştirak etmək, ilkin hərbi biliklərə yiyələnmək, fiziki dözümlüyü artırmaq və yeni dostlar qazanmaq istəyirsənsə, bu fürsəti qaçırma.
Düşərgə sentyabrın 18-dən 21-dək Gənclər və İdman Nazirliyinin dəstəyi və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində keçiriləcək.
Düşərgədə yalnız 17-25 yaş aralığında fiziki hazırlıqlı gənclər iştirak edə bilər (2025-ci il ərzində digər düşərgələrdə və əvvəl hərbi düşərgələrdə iştirak etmiş, həmçinin həqiqi hərbi xidmət keçmiş şəxslər iştirak edə bilməyəcəklər).
Qeydiyyatdan keçən şəxslər növbəti mərhələyə uğurla keçdikləri halda müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsini uğurla keçmiş şəxslər düşərgədə iştirak haqqı qazanacaqlar.
Qeydiyyat üçün link: LİNK
Son müraciət tarixi: 12.09.2025, saat 18:00.