"MJ Financial Services BOKT" ASC-yə Problemli kreditlər üzrə mütəxəssis vəzifəsi üzrə namizəd axtarırıq.
Vəzifə öhdəlikləri:
BOKT daxili təlimat, qayda və prosedurların, əsasnamələrin ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
Zəruri sənədləri PKİD-ə aid xüsusi proqram təminatına yükləmək;
BOKT-un əmlakları ilə bağlı sənədləşmə və qeydiyyat işlərini aparmaq;
Təyin olunmuş portfeli idarə etmək;
Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.
Tələblər:
Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq);
Müvafiq sahə üzrə 2 il iş təcrübəsi tələb olunur;
1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;
Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
Dəqiqlik, detallara fikir vermək qabiliyyəti.
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür.
Bəy namizədlərə üstünlük verilir.
İş barədə məlumat:
Əmək haqqı: 1000-1300 AZN
İş yeri: Bakı şəh, Aşıq Molla Cümə küç.
Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
6 günlük iş qrafiki:
CV-lərinizi “Problemli kreditlər üzrə mütəxəssis” başlığı altında [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.