"Avrora" MMC “Proqram Dəstək üzrə Mütəxəssis” vakansiyasını elan edir! 

Əsas vəzifə öhdəlikləri:

·       Mövcud proqram təminatlarında sorğular üzrə tələblərin icrasını və mövcud proseslərin optimallaşdırılmasını icra edir;

·       İstifadəçi istəklərinə uyğun hesabat formalarını hazırlayır, test edir və təhvil verir;

·       Biznes tələblərini təhlil edir və tələblərə uyğun yeni proqram təminatlarının hazırlanması ilə bağlı təklifləri irəli sürür;

·       Proqram dəstək şöbəsinə gələn istəklərin ilkin analizini edir və layihə planını hazırlayır, layihələri izləyir, gedişat haqqında rəhbərliyə hesabatlar verir;

·       Gələn sorğuları vaxtında icra edir və SLA tələblərini gözləyir.

Tələb olunan bilik və bacarıqlar:

·       LOGO Tiger ERP, T-SQL, Excel üzrə biliklər;

·      Kommunikasiya bacarığı;

·       Komanda ilə işləmə bacarığı;

·       Diqqətlilik;

·      Araşdırma bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

·       Təhsil: Ali; (informasiya texnologiyaları və əlaqəli sahə üzrə)

·       İş təcrübəsi: Sahə üzrə min. 2 il iş təcrübəsi (Distribusiya sahəsi üzrə üstünlükdür)

·       Dil bilikləri: Texniki səviyyədə ingilis dili bilikləri.

 İş şərtlərimiz:

·       İş qrafiki : Tam iş günü (5 gün);

·       İş saatları: 09:00-18:00;

·       İş yeri : Aşıq Molla Cümə 46 C

Biz nə təklif edirik:

    Əmək bazarında rəqabətli əməkhaqqı;

    Peşəkar komanda mühiti;

    Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Proqram Dəstək üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.