İş öhdəliklərinin təsviri
Müvafiq təhsil proqramlarının və tədris planlarının akademik hazırlanmasını və idarə olunmasını təmin etmək;
Təhsil proqramlarının və tədris planlarının müasir elmi yanaşmalar, əmək bazarının tələbləri, universitetin akademik hədəfləri, tələbə-mərkəzli tədris prinsipləri və yerli və beynəlxalq keyfiyyət standartları əsasında mütəmadi yenilənməsini təmin etmək;
Fənlərin məzmununun və sillabusların proqramların akademik məqsədlərinə uyğunluğunu təmin etmək;
Proqram üzrə tədris prosesini və akademik heyətin fəaliyyətini koordinasiya etmək, müəllimlərin fənn və dərs yükünün formalaşdırılmasında iştirak etmək, tədrisin keyfiyyətinin və müəllimlərin peşəkar inkişafının davamlı təkmilləşdirilməsini təşviq etmək;
Tələbələrin akademik göstəricilərini, proqram üzrə irəliləyişini, təlim nəticələrinə nailolma səviyyəsini və geribildirimlərini sistemli şəkildə izləmək və təhlil etmək, nəticələr əsasında təkmilləşdirmə tədbirləri hazırlamaq;
Proqram üzrə keyfiyyət təminatı, davamlı monitorinq və dövri qiymətləndirmə proseslərində iştirak etmək, yerli və beynəlxalq akkreditasiya tələblərinə uyğunluğu təmin etmək və akkreditasiya prosesləri üçün zəruri məlumat və materialların hazırlanmasını təmin etmək;
Tələbələrin tədqiqat, innovasiya, praktika və peşəkar inkişaf imkanlarının genişləndirilməsinə töhfə vermək;
Proqramın əmək bazarı ilə əlaqəsinin gücləndirilməsi məqsədilə sənaye, işəgötürənlər, dövlət qurumları, yerli və beynəlxalq akademik tərəfdaşlarla əməkdaşlığın inkişaf etdirilməsində iştirak etmək;
Proqramın akademik nəticələri, tələbə göstəriciləri, keyfiyyət təminatı, resurs ehtiyacları və inkişaf istiqamətləri üzrə məlumatları təhlil etmək, illik iş planı və hesabatları hazırlamaq və fakültə rəhbərliyinə əsaslandırılmış təkliflər təqdim etmək.
Tələblər
Müvafiq sahə üzrə doktorluq dərəcəsi və ən azı 3 il elmi-pedaqoji fəaliyyət təcrübəsi (yüksək nüfuzlu ali təhsil müəssisələrinin məzunları üçün istisna tətbiq oluna bilər);
İxtisas sahəsində tədqiqat, tətbiqi layihə və/və ya sənaye təcrübəsi;
Təhsil proqramlarının və kurikulumun hazırlanması və yenilənməsi, fənlərin inteqrasiyası və təlim nəticələrinin formalaşdırılması üzrə praktiki bilik və təcrübə;
Tələbə-mərkəzli tədris, müasir təlim metodları və qiymətləndirmə strategiyalarının tətbiqi üzrə bilik və səriştə;
Akademik keyfiyyət təminatı, yerli və beynəlxalq akkreditasiya standartları və təlim nəticələrinin qiymətləndirilməsi üzrə sistemli bilik;
Proqram səviyyəsində akademik prosesləri və keyfiyyət təminatı fəaliyyətlərini koordinasiya etmək və idarə etmək bacarığı;
Tədris göstəricilərini, tələbə nəticələrini və digər proqram məlumatlarını təhlil etmək, nəticələr əsasında əsaslandırılmış qərar və inkişaf təklifləri formalaşdırmaq bacarığı;
Akademik heyətlə effektiv əməkdaşlıq etmək, fənlərarası koordinasiyanı təmin etmək və müəllimləri proqramın ortaq akademik məqsədləri ətrafında istiqamətləndirmək bacarığı;
Fakültə rəhbərliyi, tələbələr, sənaye, dövlət qurumları və yerli və beynəlxalq tərəfdaşlarla effektiv peşəkar əməkdaşlıq və kommunikasiya qurmaq bacarığı;
Akademik fəaliyyətlərin planlaşdırılması, hesabatların hazırlanması, resurs ehtiyaclarının müəyyənləşdirilməsi və universitet siyasətlərinə uyğun fəaliyyət göstərmək bacarığı;
Güclü analitik və strateji düşünmə, planlaşdırma, təşkilatçılıq, təşəbbüskarlıq, kommunikasiya və problem həlli bacarıqları;
Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı; ingilis dilində akademik və texniki materiallarla işləmək və peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət qurmaq bacarığı (minimum B2 səviyyəsi).
Müraciət üçün son tarix
30 Noyabr 2026
Müraciət etmək üçün
Namizədlər CV-lərini mövzu hissəsində “Proqram rəhbəri – Riyaziyyat və kompüter elmləri fakültəsi” qeyd etməklə [email protected] elektron poçt ünvanına təqdim edə bilərlər.
Qeyd: Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Təklif etdiyimiz üstünlüklər
Rəqabətqabiliyyətli əməkhaqqı;
Xankəndi şəhərində mənzil təminatı;
Elmi-tədqiqat yönümlü akademik mühit;
Peşəkar inkişaf və beynəlxalq əməkdaşlıq imkanları.