İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
Ali təhsil (Bakalavr);
Minimum 3-4 il iş təcrübəsi;
Əla səviyyədə Azərbaycan və orta səviyyədə Rus, İngilis dili bilikləri;
Proqramlaşdırma sahəsində biliklər (PL/SQL);
Bank Əməliyyat Sistemləri sahəsində biliklərin olması;
ERP, HRM, BPM sahəsində biliklərin olması.
İŞİN TƏSVİRİ:
Bank proqramlarına (BƏS, ERP, HRM və s.) fasiləsiz, problemsiz işləməsi üçün onlara cari xidmət göstərmək;
Bankın mövcud və yeni layihələrində (məhsul və s.) iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsində iştirak etmək;
Bankın Mobile Bankçılıq və İnternet Bankçılıq texniki dəstəyinə xidmət göstərmək;
MKR və AKB portallara hesabatların yüklənməsi icra etmək və bu hesabatların vaxtında təqdim edilməsinə və düzgünlüyünə görə məsuliyyət daşımaq
Bank proqramlarına yeni istifadəçilərin daxil edilməsinə nəzarət etmək və onların səlahiyyətlərini müəyyən etmək;
Yeni tətbiqi proqramlar və modulların analizində iştirak etmək;
Proqram təminatın və məlumat bazalarının, İT təhlükəsizliyinin və parol siyasətinin yerinə yetirilməsi;
Müvafiq sahələrlə birlikdə hər bir bank məhsulu üzrə bank proqramlarından istifadə prosseslərində və test olunmasında iştirak etmək;
Daxili prosedurlara uyğun bank proqramına yeni funksiyaların əlavə edilməsində və yeni modulların yaradılmasında iştirak etmək;
Proqram təminatı ilə əlaqəli biznes sahələrə (Baş ofis, Struktur, Filiallar və s.) texniki dəstək göstərmək;
Bank əməliyyat gününün bağlanışını icra etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Proqram təminatına dəstək üzrə aparıcı / baş mütəxəssis ” qeyd edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.