Vakansiya: Psixoloq

 

“Evrika” Beynəlxalq Elm və Texnologiya Liseyi komandasına şagirdlərin, müəllimlərin və valideynlərin psixoloji rifahını dəstəkləyəcək peşəkar və qayğıkeş psixoloq axtarırıq.

 İş yeri: Bakı şəhəri

  İş rejimi: tam ştat, əyani

 Vəzifələriniz:

– Şagirdlərin psixoloji müşahidəsi və dəstəklənməsi

 – Fərdi və qrup konsultasiyalarının təşkili

 – Müəllim və valideynlərlə əməkdaşlıq

 – Stres, zorakılıq və emosional tükənmənin qarşısının alınması üzrə tədbirlərin təşkili

 – Müvafiq sənədləşmələrin aparılması və pedaqoji şuralarda iştirak

 Namizəddən gözləntilərimiz:

– Psixologiya və ya pedaqogika üzrə ali təhsil

 – Uşaqlarla və yeniyetmələrlə iş təcrübəsi (məktəb mühiti üstünlükdür)

 – Yüksək empatiya və etik davranış

 – Müasir psixoloji yanaşmalar və metodlara bələdlik

 – Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək vacibdir, ingilis dili bilikləri arzuolunandır

 Təklif edirik:

– Müasir və dəstəkləyici iş mühiti

 – Peşəkar və mehriban kollektiv

 – Peşəkar inkişaf üçün imkanlar

 – Səmimi və hörmətli yanaşma

 CV-lərinizi bu ünvana göndərin:

 [email protected]

  WhatsApp: +994 55 553 76 63

 Uşaqlara psixoloji dəstək verərək onların gələcəyinə töhfə vermək istəyirsinizsə – sizi “Evrika” komandasında görməyə şad olarıq!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.